Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 17-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
“Real Sosyedad” – “Las Palmas” matçında qapılara qol vurulmayıb. İki qolun qeydə alındığı “Alaves” – “Atletik” görüşü də bərabərliklə yekunlaşıb. Üç qolluq “Vilyarreal” – “Betis” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.
Madrid “Atletiko”su bu turda “Xetafe” ilə ev oyunundan qalib ayrılıb. Son həftələrdə inamsız təsir bağışlayan lider “Barselona” isə bu dəfə doğma meydanda “Leqanes”ə məğlub olmaqla hər kəsi təəccübləndirib.
Beləliklə, 17 turdan sonra 38 xala malik “Barselona” yenə liderdir. Amma “Atletiko” da xalını 38-ə çatdırıb və artıq ikinci pillədə yer alır. Üstəlik, Madrid təmsilçisinin ehtiyatda daha bir oyunu var. Bir oyun az keçirmiş digər paytaxt klubu “Real” da 37 xalla üçüncü sırada qərarlaşıb. “Atletik” 33, “Malyorka” 27, “Vilyarreal” 26, “Real Sosyedad” və “Osasuna” 25 xal toplayıblar.
İspaniya, La Liqa
17-ci tur
13 dekabr
Valyadolid – Valensiya 1:0
Qol: Anuar, 20.
14 dekabr
Espanyol – Osasuna 0:0
Malyorka – Jirona 2:1
Qollar: Larin, 20; 51 – Van de Bek, 7.
Sevilya – Selta 1:0
Qol: Bueno, 65.
Rayo Valyekano – Real 3:3
Qollar: U.Lopes, 4. Mumin, 36. Palason, 64 – Valverde, 39. Bellingem, 45. Rodriqo, 56.
15 dekabr
Atletiko – Xetafe 1:0
Qol: Sörlot, 69.
Alaves – Atletik 1:1
Qollar: Jordan, 67 – U.Qomes, 10.
Real Sosyedad – Las Palmas 0:0
Vilyarreal – Betis 1:2
Qollar: Baena, 55 – V.Roke, 32. Lo Çelso, 47.
Barselona – Leqanes 0:1
Qol: S.Qonsales, 4.



