La Liqa: “Barselona” “Jirona” ilə öz meydanında bacarmadı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 28-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə cəmi bir qarşılaşma baş tutub.

Turun qapanış matçında lider “Barselona” doğma meydanda “Jirona” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu görüşdə qapılara qol vurulmayıb.

Bu xal itkisinə baxmayaraq, “Barselona” hazırda 72 xalla vahid liderdir. “Real” 59 xalla ikinci, “Atletiko” 57 xalla üçüncü pillədə qərarlaşıb. “Real Sosyedad” 51, “Vilyarreal” 47, “Betis” 45, “Atletik” 40, “Osasuna” 38, “Rayo Valyekano” 37, “Selta” 36, liderdən xal alan “Jirona” isə 35 xal toplayıb.

İspaniya La Liqası
28-ci tur
7 aprel

Sevilya – Selta 2:2
Qol: En Nesiri, 43. Akunya, 81 – M.Rodriqes, 89. Pasiensiya, 90+3.

8 aprel

Osasuna – Elçe 2:1
Qol: Ezzalzuli, 71; 84 – Morente, 44.

Espanyol – Atletik 1:2
Qol: Darder, 90 – İ.Uilyams, 22. N.Uilyams, 75.

Real Sosyedad – Xetafe 2:0
Qol: Oyarzabal, 45+2. Kubo, 60.

Real – Vilyarreal 2:3
Qol: Torres, 16-öz qapısına. Vinisius, 48 – Çukvueze, 39; 80. Morales, 70.

9 aprel

Valyadolid – Malyorka 3:3
Qol: K.Peres, 33. Amallah, 68. Monçu, 86 – Muriqi, 53; 90+4-pen. Morlanes, 58.

Betis – Kadis 0:2
Qol: Alkaras, 53-pen. Ramos, 59.

Almeriya – Valensiya 2:1
Qol: Melero, 49. Babiç, 58 – Kastilyexo, 61.

Rayo Valyekano – Atletiko 1:2
Qol: F.Qarsiya, 85 – Molina, 22. Hermoso, 24.

10 aprel

Barselona – Jirona 0:0

Xəbəri sosial şəbəkələrdə paylaş: