La Liqa: “Barselona” mövsümün son matçında məğlub oldu

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2021/22 mövsümünə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu – 38-ci turun və mövsümün qapanış günündə 7 qarşılaşma baş tutub.

“Qranada” – “Espanyol” matçında hesab açılmayıb. “Elçe” “Xetafe” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Alaves” evdə “Kadis”ə, “Osasuna” isə “Mayorka”ya uduzub.

Gələn mövsüm Çempionlar Liqasına vəsiqəni 2-ci pilləni tutmaqla təmin edən “Barselona” son turda “Kamp Nou”da “Vilyarreal”la qarşılaşıb və məğlub olub. Madrid “Atletiko”su səfərdə “Real Sosyedad”ı, “Sevilya” isə evdə “Atletik”i məğlub edib.

Bu nəticələrdən sonra çempion “Real”la yanaşı, sonrakı yerləri tutan “Barselona”, “Atletiko” və “Sevilya” UEFA Çempionlar Liqasında iştirak hüququ əldə ediblər. 5 və 6-cı yerləri tutan “Betis”lə “Real Sosyedad” Avropa Liqasına vəsiqə qazanıblar. 7-ci olan “Vilyarreal” isə Avropa Konfrans Liqasında çıxış edəcək.

“Qranada” (38 xalla 18-ci), “Levante” (35 xalla 19-cu) və “Alaves” (31 xalla 20-ci) isə La Liqa ilə vidalaşmalı olub. Sözügedən komandalar növbəti mövsümü aşağı liqada keçirəcəklər.

İspaniya La Liqası
38-ci tur

20 may

Rayo Valyekano – Levante 2:4
Qol: A.Qarsiya, 18. Qvardiola, 61 – Melero, 26; 45+1. Marti, 44. Koke, 76.

Real – Betis 0:0

21 may

Valensiya – Selta 2:0
Qol: M.Qomes, 28. Arauxo, 60-öz qapısına.

22 may

Elçe – Xetafe 3:1
Qol: Olaza, 37. Kike, 84; 90+2 – E.Ünal, 33.

Alaves – Kadis 0:1
Qol: Lozano, 76.

Qranada – Espanyol 0:0

Osasuna – Mayorka 0:2
Qol: Anxel, 47. Qrenye, 83.

Barselona – Vilyarreal 0:2
Qol: Pedrasa, 41. M.Qomes, 55.

Real Sosyedad – Atletiko 1:2
Qol: Quridi, 90+3 – De Paul, 50. Korrea, 69.

Sevilya – Atletik 1:0
Qol: Mir, 68.