Futbol üzrə İspaniya çempionatında (La Liqa) 5-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
“Rayo Valyekano” evdə “Valensiya” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç “yarasalar”ın məğlubiyyəti ilə başa çatıb.
“Sevilya” da səfərdə “Espanyol”la qarşılaşıb. Beş qolun vurulduğu bu matçda isə qonaqlar qələbə qazanan tərəf olub.
“Barselona” bu dəfə səfərdə “Kadis”i 4 cavabsız qolla üstələyib.
Madrid “Atletiko”su da doğma meydanda “Selta”nı darmadağın edib.
Tura qarşıdakı günlərdə keçiriləcək oyunlarla yekun vurulacaq.
İspaniya La Liqası
5-ci tur
9 sentyabr
Jirona – Valyadolid 2:1
Qol: Reynier, 21. Romeu, 88 – Monçu, 38.
10 sentyabr
Rayo Valyekano – Valensiya 2:1
Qol: Palason, 5. Niko, 52-öz qapısına – Diakabi, 90+3.
Espanyol – Sevilya 2:3
Qol: Xoselu, 45+4-pen. Breytueyt, 62 – Lamela, 1. Karmona, 26; 45.
Kadis – Barselona 0:4
Qol: De Yonq, 55. Levandovski, 65; 86. Dembele, 90+2.
Atletiko – Selta 4:1
Qol: Korrea, 9. De Paul, 50. Karrasko, 66. Nunes, 82-öz qapısına – Veyqa, 71.
11 sentyabr
16:00. Real – Malyorka
18:15. Elçe – Atletik
20:30. Xetafe – Real Sosyedad
23:00. Betis – Vilyarreal
12 sentyabr
23:00. Almeriya – Osasuna