Futbol üzrə İspaniya çempionatında (La Liqa) 7-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.
“Kadis” – “Vilyarreal” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Xetafe” – “Valyadolid” matçında isə qonaqlar qələbə qazanıblar.
Səfərdə “Sevilya” ilə qarşılaşan Madrid “Atletiko”u bu çətin matçdan inamlı qələbə ilə ayrılıb. “Malyorka”nın qonağı olan “Barselona” da turu qələbə ilə başa vurub.
Turun qalan qarşılaşmaları 2-3 oktyabrda keçiriləcək.
İspaniya La Liqası
7-ci tur
30 sentyabr
Atletik – Almeriya 4:0
Qol: İ.Uilyams, 10. Sanset, 17. N.Uilyams, 62. Vesqa, 84.
1 oktyabr
Kadis – Vilyarreal 0:0
Xetafe – Valyadolid 2:3
Qol: Mayoral, 29. D.Suares, 31 – Leon, 20; 37. Plano, 49.
Sevilya – Atletiko 0:2
Qol: Lyorente, 29. Morata, 57.
Malyorka – Barselona 0:1
Qol: Levandovski, 20.
2 oktyabr
16:00. Espanyol – Valensiya
18:15. Selta – Betis
20:30. Jirona – Real Sosyedad
23:00. Real – Osasuna
3 oktyabr
23:00. Rayo Valyekano – Elçe