La Liqa: “Barselona” və “Atletiko”ya 3 xal üçün 1 qol bəs etdi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 21-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Valyadolid” – “Osasuna” matçında qapılara qol vurulmayıb. “Xetafe” – “Rayo Valyekano” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Selta” ilə qarşılaşan Madrid “Atletiko”su 3 xalı tək qolla qazanıb. “Barselona” da “Vilyarreal”la səfər matçında oxşar nəticəyə imza atıb.

Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

İspaniya La Liqası
21-ci tur
10 fevral

Kadis – Jirona 2:0
Qol: Eskalante, 6. Qvardiola, 34.

11 fevral

Almeriya – Betis 2:3
Qol: L.Suares, 27. S.Kosta, 62 – Rodri, 6. Kanales, 42. Quardado, 70.

Sevilya – Malyorka 2:0
Qol: En Nesiri, 28. Xil, 40.

Valensiya – Atletik (Bilbao) 1:2
Qol: Kastilyexo, 17 – N.Uilyams, 30. Sanset, 72.

12 fevral

Xetafe – Rayo Valyekano 1:1
Qol: E.Ünal, 77 – Arambarri, 38-öz qapısına.

Selta – Atletiko (Madrid) 0:1
Qol: Depay, 89.

Valyadolid – Osasuna 0:0

Vilyarreal – Barselona 0:1
Qol: Pedri, 18.

13 fevral

00:00. Espanyol – Real Sosyedad

15 fevral

15:00. Real – Elçe