Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Atletiko” – “Jirona” matçı Madrid təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.
“Rayo Valyekano” – “Xetafe” matçında qapılara qol vurulmayıb.
Lider “Real” səfrədə “Malyorka”nı, madridlilərin əzəli və əsas rəqibi “Barselona” isə “Kadis”i tək qolla məğlub edib.
31-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İspaniya, La Liqa
31-ci tur
12 aprel
Betis – Selta 2:1
Qollar: Miranda, 53. Fekir, 83 – Larsen, 90+1.
13 aprel
Atletiko – Jirona 3:1
Qollar: Qrizmann, 34-pen; 50. Korrea, 45+6 – Dovbik, 4.
Rayo Valyekano – Xetafe 0:0
Malyorka – Real 0:1
Qol: Tçuameni, 48.
Kadis – Barselona 0:1
Qol: Joao Feliks, 37.
14 aprel
16:00. Las Palmas – Sevilya
18:15. Qranada – Alaves
20:30. Atletik Vilyarreal
23:00. Real Sosyedad – Almeriya
15 aprel
23:00. Osasuna – Valensiya