Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 33-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Almeriya” – “Elçe” matçında meydan sahibləri qalib gəliblər.
Lider “Barselona” doğma meydanda “Osasuna”nı minimal hesabla üstələyib.
Liderin əsas izləyicisi “Real” isə səfərdə “Real Sosyedad”la qarşılaşıb. Madrid təmsilçisi bu görüşdə 2 cavabsız qolla məğlub olub.
Hazırda 82 xala malik “Barselona” vahid liderdir. “Real” 68 xalla ikinci, Madridin digər təmsilçisi “Atletiko” isə 66 xalla üçüncü pillədə qərarlaşıb.
“Real Sosyedad” 61, “Vilyarreal” 53, “Betis” 49, “Atletik” 47, “Jirona” ilə “Osasuna” 44, “Rayo Valyekano” 43, “Sevilya” və “Malyorka” 41 xal toplayıb.
İspaniya, La Liqa
33-cü tur
2 may
Almeriya – Elçe 2:1
Qol: Baptistao, 22. Embarba, 52 – Ponse, 90.
Barselona – Osasuna 1:0
Qol: Alba, 85.
Real Sosyedad – Real 2:0
Qol: Kubo, 47. Barreneçea, 85.
3 may
21:30. Valensiya – Vilyarreal
00:00. Atletiko – Kadis
00:00. Xetafe – Selta
4 may
21:30. Jirona – Malyorka
21:30. Sevilya – Espanyol
00:00. Atletik – Betis
00:00. Rayo Valyekano – Valyadolid