Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Səfərdə “Real Sosyedad”la qarşılaşan Madrid “Atletiko”su bu oyundan qollu bərabərliklə ayrılıb.
“Jirona” “Atletik”i, “Sevilya” isə “Betis”i məğlub yola salıb.
Səfərdə “Alaves”lə qarşılaşan “Barselona” isə bu tur 3 xalı 3 cavabsız qolla bayram edib.
Beləliklə, 9 turdan sonra 24 xala malik olan “Barselona” vahid liderdir. Madrid “Real”ı 21 xalla 2-ci pillədə qərarlaşıbsa, paytaxtın digər təmsilçiis “Atletiko”, həmçinin “Vilyarreal” 17 xal toplayıblar. “Osasuna”nın 15, “Atletik”in 14, “Malyorka”nın 14, “Rayo Valyekano” və “Selta”nın 13, “Betis”, “Jirona” və “Sevilya”nın 12, “Alaves” və “Espanyol”un 10, “Real Sosyedad”ın 9 xalı var.
İspaniya, La Liqa
9-cu tur
4 oktyabr
Leqanes – Valensiya 0:0
5 oktyabr
Espanyol – Malyorka 2:1
Qollar: Kumbulla, 18. Xofre, 47 – Raillo, 68.
Xetafe – Osasuna 1:1
Qollar: B.Yıldırım, 21 – Budimir, 60.
Las Palmas – Selta 0:1
Qol: B.İqlesias, 28.
Valyadolid – Rayo Valyekano 1:2
Qollar: Amallah, 51 – De Frutos, 57; 80.
Real – Vilyarreal 2:0
Qollar: Federiko Valverde, 14. Vinisius Junior, 73.
6 oktyabr
Jirona – Atletik 2:1
Qollar: Aspirilla, 39. Stuani, 90+9-pen – Sanset, 41.
Alaves – Barselona 0:3
Qollar: Levandovski, 7; 22; 32.
Sevilya – Betis 1:0
Qol: Lukebakio, 50-pen.
Real Sosyedad – Atletiko 1:1
Qollar: Suçiç, 83 – X.Alvares, 1.