La Liqa: “Betis” evdə, “Atletiko” səfərdə darmadağına sevindi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 1-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Atletik” doğma meydanda “Malyorka” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyundan qolsuz, amma 1 xalla ayrılıblar.

Madrid “Atletiko”su yeni mövsümdəki ilk oyunda “Xetafe” ilə qarşılaşıb. Paytaxt təmsilçisi səfərdə darmadağına sevinib.

“Betis” isə “Elçe” ilə ev oyununda 3 qolla qalib gəlib.

İspaniya La Liqası
1-ci tur
15 avqust

Atletik – Malyorka 0:0

Xetafe – Atletiko 0:3
Qol: Morata, 15; 59. Qrizmann, 75

Betis – Elçe 3:0
Qol: B.İqlesias, 28. Xuanmi, 39; 60.

14 avqust

Kadis – Real Sosyedad 0:1
Valensiya – Jirona 1:0
Almeriya – Real 1:2

13 avqust

Selta – Espanyol 2:2
Valyadolid – Vilyarreal 0:3
Barselona – Rayo Valyekano 0:0

12 avqust

Osasuna – Sevilya 2:1