La Liqa: “Betis” “Selta”nı məğlub yola saldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Betis” doğma meydanda “Selta” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qalib gəliblər.

31-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
31-ci tur
12 aprel

Betis – Selta 2:1
Qollar: Miranda, 53. Fekir, 83 – Larsen, 90+1.

13 aprel

16:00. Atletiko – Jirona
18:15. Rayo Valyekano – Xetafe
20:30. Malyorka – Real
23:00. Kadis – Barselona

14 aprel

16:00. Las Palmas – Sevilya
18:15. Qranada – Alaves
20:30. Atletik Vilyarreal
23:00. Real Sosyedad – Almeriya

15 aprel

23:00. Osasuna – Valensiya