La Liqa: Çempion “Barselona” mövsümü məğlubiyyətlə başa vurdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, mövsümün sonuncu – 38-ci turunun bütün qarşılaşmaları eyni günə təsadüf edib.

“Valyadolid” – “Xetafe” matçı qolsuz bitib. Bol qollu “Vilyarreal” – “Atletiko” və “Espanyol” – “Almeriya” matçlarında da qalib müəyyənləşməyib. “Betis” – “Valensiya” və “Elçe” – “Kadis” görüşlərində tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. O qədər də uğurlu mövsüm keçirməyən “Real”ın “Atletik”lə ev oyununda da oxşar hesab qeydə alınıb.

“Malyorka” “Rayo Valyekano”nu, “Osasuna” “Jirona”nı, “Real Sosyedad” isə “Sevilya”nı məğlub yola salıb. “Selta”nın qonağı olan çempion “Barselona” da mövsümü məğlubiyyətlə tamamlayıb.

Beləliklə, “Barselona” bu mövsümü 88 xalla birinci pillədə başa vurub. “Real” 78 xalla ikinci, “Atletiko” 77 xalla üçüncü yeri tutub. Bu üç komanda ilə yanaşı, 71 xal toplamış “Real Sosyedad” da İspaniyanı UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

64 xal toplayan “Vilyarreal”, həmçinin 60 xala malik “Betis” Avropa Liqasına vəsiqə əldə edib. 53 xalla 7-ci yeri tutan “Osasuna”nı isə Avropa Konfrans Liqasında iştirak gözləyir.

25 xalla sonuncu olan “Elçe”, eləcə də 37 xalla 19-cu yeri tutan “Espanyol” və 40 xalla 18-ci sırada qərarlaşan “Valyadolid” La Liqanı tərk edib.

İspaniya, La Liqa
38-ci tur
4 may

Malyorka – Rayo Valyekano 3:0
Qol: Muriqi, 50. Kopete, 71. Rodriqes, 90+3.

Osasuna – Jirona 2:1
Qol: Budimir, 52; 55 – Reynier, 75.

Real – Atletik 1:1
Qol: Benzema, 72-pen – Sanset, 49.

Real Sosyedad – Sevilya 2:1
Qol: B.Mendes, 27. Ço, 73 – Lamela, 77.

Vilyarreal – Atletiko 2:2
Qol: Cekson, 9. Paskual, 90+2 – A.Korrea, 18; 56.

Betis – Valensiya 1:1
Qol: A.Peres, 1 – D.Lopes, 71.

Selta – Barselona 2:1
Qol: Veyqa, 42; 65 – Fati, 79.

Elçe – Kadis 1:1
Qol: Boye, 71 – Eskalante, 10.

Espanyol – Almeriya 3:3
Qol: Puado, 13. Pyer-Qabriel, 49. Koleoşo, 73 – Ture, 10. Embarba, 58; 87-pen.

Valyadolid – Xetafe 0:0