La Liqa: “Elçe”dən “Malyorka” ilə heç-heçə

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 8-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Elçe” “Malyorka” ilə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Beləliklə, 8 turdan sonra 22 xala malik “Barselona” və “Real” şərikli liderdirlər. Üçüncü pillədə qərarlaşmış “Atletik” 17 xal toplayıb. Madrid “Atletiko”su, “Betis” və “Real Sosyedad”ın hesabında isə 16 xal var.

İspaniya La Liqası
8-ci tur
7 oktyabr

Osasuna – Valensiya 1:2
Qol: Brasanaç, 90+4 – Kluyvert, 28. Diaxabi, 54.

8 oktyabr

Almeriya – Rayo Valyekano 3:1
Qol: Robertone, 8. Babiç, 17. Ture, 39 – Katena, 81.

Atletiko – Jirona 2:1
Qol: Korrea, 5; 48 – Rikelme, 66.

Sevilya – Atletik 1:1
Qol: O.Torres, 4 – Vesqa, 73.

Xetafe – Real 0:1
Qol: Militao, 3.

9 oktyabr

Valyadolid – Betis 0:0

Kadis – Espanyol 2:2
Qol: Çust, 41. L.Peres, 78 – Xoselu, 51; 67.

Real Sosyedad – Vilyarreal 1:0
Qol: B.Mendes, 33.

Barselona – Selta 1:0
Qol: Pedri, 17.

10 oktyabr

Elçe – Malyorka 1:1
Qol: Ponse, 15 – Muriqi, 71-pen.