Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Espanyol” doğma meydanda “Xetafe” ilə üz-üzə gəlib. Cəmi bir qolun qeydə alındığı oyun meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.
32-ci turun qalan görüşləri aprelin 19-da, 20-də və 21-də keçiriləcək.
İspaniya, La Liqa
32-ci tur
18 aprel
Espanyol – Xetafe 1:0
Qol: M.Kumbulla, 39.
19 aprel
16:00. Rayo Valyekano – Valensiya
18:15. Barselona – Selta
20:30. Malyorka – Leqanes
23:00. Las Palmas – Atletiko
20 aprel
16:00. Valyadolid – Osasuna
18:15. Vilyarreal – Real Sosyedad
20:30. Sevilya – Alaves
23:00. Real – Atletik
21 aprel
23:00. Jirona – Betis