La Liqa: “Jirona” “Almeriya”nı 6 qolla məğlub etdi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 22-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Jirona” doğma meydanda “Almeriya”nı sınağa çəkib. 8 qolun qeydə alındığı bu oyunda meydan sahibləri darmadağına seviniblər.

22-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İspaniya La Liqası
22-ci tur
17 fevral

Jirona – Almeriya 6:2
Qol: Kastelyanos, 8. Çıqankov, 34. Rikelme, 36. X.Hernandes, 43. Martin, 77. Stuani, 79 – Ramazani, 66. Ture, 81.

18 fevral

17:00. Real Sosyedad – Selta
19:15. Betis – Valyadolid
21:30. Malyorka – Vilyarreal
00:00. Osasuna – Real

19 fevral

17:00. Elçe – Espanyol
19:15. Rayo Valyekano – Sevilya
21:30. Atletiko – Atletik
00:00. Barselona – Kadis

20 fevral

00:00. Xetafe – Valensiya

Xəbəri sosial şəbəkələrdə paylaş: