Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış oyununda “Jirona” doğma meydanda “Betis”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyun qonaqların qələbəsiylə yekunlaşıb.
Beləliklə, geridə qalmış 32 turdan sonra 73 xala malik “Barselona” vahid liderdir. “Real” 69 xalla ikinci, Madridin digər təmsilçisi “Atletiko” isə 63 xalla üçüncü pillədə qərarlaşıb. “Atletik” 57, “Vilyarreal” 52, “Betis” 51, “Malyorka” 44, “Selta” 43, “Real Sosyedada” 42, “Rayo Valyekano” və “Osasuna” isə 41 xal toplayıblar.
İspaniya, La Liqa
32-ci tur
18 aprel
Espanyol – Xetafe 1:0
Qol: M.Kumbulla, 39.
19 aprel
Rayo Valyekano – Valensiya 1:1
Qollar: Tarreqa, 45-öz qapısına – U.Sadiq, 75.
Barselona – Selta 4:3
Qollar: F.Torres, 12. D.Olmo, 64. Rafinya, 68; 90+8-pen – B.İqlesias, 15; 52; 62.
Malyorka – Leqanes 0:0
Las Palmas – Atletiko 1:0
Qol: X.Munyos, 90+3.
20 aprel
Valyadolid – Osasuna 2:3
Qollar: Moro, 49. Silla, 66-pen – Budimir, 9; 60-pen. R.Qarsiya, 34.
Vilyarreal – Real Sosyedad 2:2
Qollar: Pino, 7. A.Peres, 60 – Oyarsabal, 19-pen; 49.
Sevilya – Alaves 1:1
Qollar: Peke, 12 – K.Qarsiya, 45+2.
Real – Atletik 1:0
Qol: F.Valverde, 90+3.
21 aprel
Jirona – Betis 1:3
Qollar: Stuani, 85 – C.Kardozo, 6. Antoni, 39. İsko, 42.