La Liqa: “Jirona” “Kadis”ə 4 qolla qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Valensiya” – “Betis” matçında qonaqlar qalib gəliblər. Bir o qədər qolun vurulduğu “Rayo Valyekano” – “Osasuna” görüşü isə meydan sahiblərinin xeyrinə yekunlaşıb.

“Selta” doğma meydanda “Las Palmas” üzərində darmadağına sevinib. Cari mövsümün sürpriz komandası “Jirona” da “Kadis”lə ev oyunundan böyük hesabla qalib ayrılıb.

32-ci turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
32-ci tur

19 aprel

Atletik – Qranada 1:1
Qollar: Quruseta, 24 – İ.Uilyams, 6-öz qapısına.

20 aprel

Selta – Las Palmas 4:1
Qollar: Aspas, 37; 76. Svedberq, 39. Duvikas, 71 – Hersoq, 11.

Rayo Valyekano – Osasuna 2:1
Qollar: Çavarria, 80. Palason, 84 – M.Qomes, 29.

Valensiya – Betis 1:2
Qollar: Pepelu, 66-pen – A.Peres, 19; 77.

Jirona – Kadis 4:1
Qollar: E.Qarsiya, 9. Martin, 22. Dovbik, 71. Portu, 82 – Eskalante, 81.

21 aprel

16:00. Xetafe – Real Sosyedad
18:15. Almeriya – Vilyarreal
20:30. Alaves – Atletiko
23:00. Real – Barselona

22 aprel

23:00. Sevilya – Malyorka