La Liqa: “Kadis” “Betis”ə də uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 24-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Çempionatın autsayderlərindən olan “Kadis” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Betis”i qəbul edib. Oyun qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

24-cü turun qalan görüşləri 10-12 fevral aralığında baş tutacaq.

İspaniya, La Liqa
24-cü tur
9 fevral

Kadis – Betis 0:2
Qollar: Villian Xose, 6. Fornals, 46.

10 fevral

17:00. Alaves – Vilyarreal
19:15. Real Sosyedad – Osasuna
21:30. Real – Jirona
00:00. Las Palmas – Valensiya

11 fevral

17:00. Xetafe – Selta
19:15. Malyorka – Rayo Valyekano
21:30. Sevilya – Atletiko
00:00. Barselona – Qranada

12 fevral

00:00. Almeriya – Atletik