“Real” yeni Birləşmiş Liqa yarışı (keçmiş Avropa Super Liqası) layihəsinə görə İspaniya La Liqası klubları tərəfindən kəskin tənqid edilib.
Arena.az bu barədə “Defensa Сentral” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, müvafiq yarışın təşəbbüskarı “Real”ın prezidenti Florentino Peresdir.
Mənbənin məlumatına görə, İspaniya La Liqasının klubları bu yarışda iştirak etmək istəmirlər.
Daha əvvəl məlum olub ki, yarışda UEFA-nın 55 milli assosiasiyasından 96 Avropa klubu iştirak edə biləcək. Oyunların Sentyabr ayından Aprel ayına qədər hər həftənin ortasında keçiriləcəyi nəzərdə tutulub.
Xatırladaq ki, yarış layihəsi ilk dəfə 2021-ci ildə ortaya atılıb və azarkeşlərin və ictimaiyyətin tənqidi, eləcə də cəza təhlükəsi səbəbindən uğursuzluğa düçar olub. Bununla belə Peres başda olmaqla, Super Liqa tərəfdarları mübarizə apararaq, Avropa Məhkəməsindən müvafiq yarışın təsisi ilə bağlı hüquq əldə ediblər.
Əlavə edək ki, belə bir yarışın təsisi müntəzəm olaraq çoxlu sayda yüksək səviyyəli oyunlar vəd edir.