La Liqa klubu hücumçusu ilə 6 illik müqavilə imzaladı

İspaniyanın La Liqa təmsilçisi “Real Sosyedad” hücumçusu Ander Barreneçea ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı ispan futbolçu ilə müddəti 2027-ci ildə başa çatacaq yeni müqavilə imzalanıb.

Barreneçea “Real Sosyedad”ın öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında çıxış edir. İspaniyanın gənclərdən ibarət yığmasında da çıxış edən forvard “Real Sosyedad”ın əsas komandasında 40-dan çox oyun keçirib, 4 qol vurub.