La Liqa: “Las Palmas” “Xetafe” üzərində qələbəyə sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Las Palmas” doğma meydanda “Xetafe” ilə qarşılaşıb. Meydan sahibləri hər hissədə bir qol vurduqları bu qarşılaşmadan inamlı qələbə ilə ayrılıblar.

15-ci turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.

İspaniya, La Liqa
15-ci tur
1 dekabr

Las Palmas – Xetafe 2:0
Qollar: Arauxo, 43. Herrera, 90+2.

2 dekabr

17:00. Jirona – Valensiya
19:15. Atletik – Rayo Valyekano
21:30. Real – Qranada
00:00. Osasuna – Real Sosyedad

3 dekabr

17:00. Malyorka – Alaves
19:15. Almeriya – Betis
21:30. Sevilya – Vilyarreal
00:00. Barselona – Atletiko

4 dekabr

00:00. Selta – Kadis