Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turunun bir oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu “Malyorka” və “Real Sosyeydad” komandaları arasında keçirilib.
Qarşılaşmanın taleyini bir qol həll edib. Yekunda sevinən tərəf isə meydan sahibləri olublar.
Cari mövsümdə 2-ci qələbəsini qazanan “Malyorka” hazırda 8 xalla 6-cı pillədə qərarlaşıb. “Real Sosyedad” isə 4 xalla 16-cıdır.
İspaniya, La Liqa
7-ci turun oyunu
17 sentyabr
Malyorka – Real Sosyeydad 1:0
Qol: Prats, 36-pen.