La Liqa cari mövsümün birinci yarısının ən yaxşı oyunçularından ibarət rəmzi yığma komandasını təqdim edib.
Arena.az La Liqanın rəsmi saytına istinadən məlumat verir ki, 4-3-3 taktiki sxemi ilə tərtib edilmiş komandada “Real” və “Jirona”nın 2 futbolçusu yer alıb.
2023/2024 mövsümü İspaniya La Liqasının birinci yarısının rəmzi yığmasını təqdim edirik:
Qapıçı:
Unai Simon (“Sevilya);
Müdafiəçilər:
Dieqo Riko (“Xetafe”);
Deyli Blind (“Jirona”);
Antonio Rüdiger (“Real”);
Joao Kanselo (“Barselona”);
Yarımmüdafiəçilər:
İsko (“Betis”);
Cud Bellingem (“Real”);
Aleş Qarsiya (“Jirona”);
Hücumçular:
Brayan Saraqosa (“Qranada”);
Antuan Qrizmann (“Atletiko” (Madrid));
İnyaki Uilyams (“Atletik” (Bilbao)).
Hazırda La Liqanın turnir cədvəlinə 20 oyundan 49 xal toplamış “Jirona” başçılıq edir. 2-ci yerdə 19 oyundan 48 xal toplamış potensial lider “Real” qərarlaşıb. Bilbao “Atletik“i 20 oyundan 41 xalla 3-cü, “Barselona” 19 oyundan 41 xalla 4-cü pillədədir.
