La Liqa: “Osasuna”dan evdə əzmkar qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Osasuna” doğma meydanda “Xetafe” ilə üz-üzə gəlib. Meydan sahibləri üç qolun qeydə alındığı bu oyunda əzmkar qələbəyə seviniblər.

Qeyd edək ki, 8-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İspaniya, La Liqa
8-ci tur

3 oktyabr

Osasuna – Xetafe 2:1
Qollar: Bretones, 45+3. Katena, 90 – Mayoral, 23.

4 oktyabr

16:00. Real Ovyedo – Levante
18:15. Jirona – Valensiya
20:30. Atletik – Malyorka
23:00. Real – Vilyarreal

5 oktyabr

16:00. Alaves – Elçe
18:15. Sevilya – Barselona
20:30. Espanyol – Betis
20:30. Real Sosyedad – Rayo Valyekano
23:00. Selta – Atletiko

Xəbəri istədiklərinizlə paylaşın