La Liqa: “Rayo Valyekano” “Sevilya”ya evdə uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 23-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Rayo Valyekano” doğma meydanda “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı oyun qonaqların çətin qələbəsiylə yekunlaşıb.

Beləliklə, 23 turdan sonra 58 xala malik Madrid “Real”ı vahid liderdir. “Jirona” 56 xalla ikinci, “Barselona” 50 xalla üçüncüdür. Madrid “Atletiko”uunun 48, “Atletik”in 45, “Real Sosyedad”ın 37, “Valensiya” və “Betis”in 35, “Las Palmas”ın 32, “Xetafe”nin 30, “Alaves” və “Osasuna”nın 26, “Rayo Valyekano” və “Vilyarreal”ın 24, “Sevilyaa”, “Selta” və “Malyorka”nın 20, “Kadis”in 17, “Qranada”nın 12 “Almeriya”nın isə 6 xalı var.

İspaniya, La Liqa
23-cü tur
2 fevral

Atletik – Malyorka 4:0
Qollar: Berçiçe, 3; 16. Quruseta, 62. Muniain, 89.

3 fevral

Valensiya – Almeriya 2:1
Qollar: Duro, 14. Yaremçuk, 34 – Arribas, 50.

Qranada – Las Palmas 1:1
Qollar: B.Mendes, 43 – Pexino, 68.

Alaves – Barselona 1:3
Qollar: Omorodion, 51 – Levandovski, 22. İ.Gündoğan, 49. Vitor Roke, 63.

Jirona – Real Sosyedad 0:0

4 fevral

Vilyarreal – Kadis 0:0

Osasuna – Selta 0:3
Qollar: Larsen, 24. De le Torre, 24. Duvikas, 90.

Betis – Xetafe 1:1
Qollar: İsko, 35-pen – Qrinvud, 8-pen.

Real – Atletiko 1:1
Qollar: B.Dias, 20 – Lyorente, 90+3.

5 fevral

Rayo Valyekano – Sevilya 1:2
Qollar: Palason, 29 – En Nesiri, 19; 45.