La Liqa: “Real” “Atletik”i son dəqiqə qolu ilə yendi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Vilyarreal” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. “Sevilya” – “Alaves” görüşü də bərabərliklə yekunlaşıb.

Beş qolun vurulduğu “Valyadolid” – “Osasuna” görüşündə qonaqlar çətin qələbəyə seviniblər. Madrid “Real”ı isə “Atletik”lə ev oyununda son dəqiqələrdə vurduğu yeganə qol sayəsində çətin qələbə qazanıb.

32-ci tura aprelin 21-də keçiriləcək “Jirona” – “Betis” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
32-ci tur

18 aprel

Espanyol – Xetafe 1:0
Qol: M.Kumbulla, 39.

19 aprel

Rayo Valyekano – Valensiya 1:1
Qollar: Tarreqa, 45-öz qapısına – U.Sadiq, 75.

Barselona – Selta 4:3
Qollar: F.Torres, 12. D.Olmo, 64. Rafinya, 68; 90+8-pen – B.İqlesias, 15; 52; 62.

Malyorka – Leqanes 0:0

Las Palmas – Atletiko 1:0
Qol: X.Munyos, 90+3.

20 aprel

Valyadolid – Osasuna 2:3
Qollar: Moro, 49. Silla, 66-pen – Budimir, 9; 60-pen. R.Qarsiya, 34.

Vilyarreal – Real Sosyedad 2:2
Qollar: Pino, 7. A.Peres, 60 – Oyarsabal, 19-pen; 49.

Sevilya – Alaves 1:1
Qollar: Peke, 12 – K.Qarsiya, 45+2.

Real – Atletik 1:0
Qol: F.Valverde, 90+3.

21 aprel

23:00. Jirona – Betis