Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Alaves” – “Vilyarreal” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Osasuna” “Real Sosyedad”ı səfərdə, “Las Palmas” isə “Valensiya”nı evdə quru hesabla məğlub edib.
Turun mərkəzi oyununda lider “Real” əsas izləyicisi “Jirona”nı qəbul edib. Rəqibini 4 cavabsız qolla məğlub edən Madrid təmsilçisi xal fərqini 5-ə çıxarıb.
24-cü turun qalan görüşləri 11-12 fevralda baş tutacaq.
İspaniya, La Liqa
24-cü tur
9 fevral
Kadis – Betis 0:2
Qollar: Villian Xose, 6. Fornals, 46.
10 fevral
Alaves – Vilyarreal 1:1
Qollar: Omorodin, 25 – Kuenka, 42.
Real Sosyedad – Osasuna 0:1
Qol: Budimir, 49.
Real – Jirona 4:0
Qollar: Vinisius, 6. Bellingem, 35; 54. Rodriqo, 61.
Las Palmas – Valensiya 2:0
Qollar: A.Suares, 89. Kardona, 90+5.
11 fevral
17:00. Xetafe – Selta
19:15. Malyorka – Rayo Valyekano
21:30. Sevilya – Atletiko
00:00. Barselona – Qranada
12 fevral
00:00. Almeriya – Atletik


