La Liqa: “Real” “Osasuna”ya səfərdə 4 qol vurdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Malyorka” doğma meydanda “Qranada”ya, “Xetafe” isə “Jirona”ya tək qolla qalib gəlib. Bilbao “Atletik”i “Alaves”lə ev oyununda inamlı qələbəyə sevinib.

Lider “Real” da səfərdə “Osasuna” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı matçda Madrid təmsilçisi növbəti qələbəsini rəsmiləşdirib.

29-cu turun qalan oyunları bazar gününə təsadüf edəcək.

İspaniya, La Liqa
29-cu tur
15 mart

Real Sosyedad – Kadis 2:0
Qollar: Merino, 28. Zakaryan, 68.

16 mart

Malyorka – Qranada 1:0
Qol: Raillo, 85.

Osasuna – Real 2:4
Qollar: Budimir, 7. Munyos, 90+1 – Vinisius, 4; 64. Karvaxal, 18. B.Dias, 61.

Xetafe – Jirona 1:0
Qol: Santyaqo, 33.

Atletik – Alaves 2:0
Qollar: Quruseta, 32; 37.

17 mart

17:00. Sevilya – Selta
19:15. Las Palmas – Almeriya
19:15. Vilyarreal – Valensiya
21:30. Rayo Valyekano – Betis
00:00. Atletiko – Barselona