La Liqa: “Real” “Selta”nı səfərdə yendi, “Jirona” evdə uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Atletik” doğma meydanda “Espanyol”a böyük hesabla qalib gəlib.

Günün digər oyunları qonaqların qələbəsiylə yekunlaşıb. “Osasuna” evdə “Betis”ə, “Jirona” isə “Real Sosyedad”a uduzub.

Üç qolun qeydə alındığı “Selta” – “Real” matçında da Madrid təmsilçisi çətin qələbəyə sevinib.

La Liqada 10-cu tura oktyabrın 21-də yekun vurulacaq.

İspaniya, La Liqa
10-cu tur
18 oktyabr

Alaves – Valyadolid 2:3
Qollar: T.Martines, 6. K.Qarsiya, 90+7 – Silla, 17. Amallah, 72-pen. Anuar, 76.

19 oktyabr

Atletik – Espanyol 4:1
Qollar: Vivian, 6. İ.Uilyams, 28; 30. Berencer, 55 – Tejero, 90+2.

Osasuna – Betis 1:2
Qollar: Torro, 59 – Vitor Roke, 7. Avila, 73.

Jirona – Real Sosyedad 0:1
Qol: Oyarsabal, 44.

Selta – Real 1:2
Qollar: Svedberq, 51 – Mbappe, 20. Vinisius, 66.

20 oktyabr

16:00. Malyorka – Rayo Valyekano
18:15. Atletiko – Leqanes
20:30. Vilyarreal – Xetafe
23:00. Barselona – Sevilya

21 oktyabr

23:00. Valensiya – Las Palmas

Xəbəri sosial şəbəkələrdə paylaş: