La Liqa: “Real Sosyedad” evdə “Kadis”ə qol vura bilmədi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 24-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Real Sosyedad” doğma meydanda “Kadis” ilə üz-üzə gəlib. Komandalar bu matçda meydanı qolsuz tərk ediblər.

24-cü turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İspaniya La Liqası
24-cü tur
3 mart

Real Sosyedad – Kadis 0:0

4 mart

17:00. Xetafe – Jirona
19:15. Almeriya – Vilyarreal
21:30. Malyorka – Elçe
00:00. Atletiko – Sevilya

5 mart

17:00. Valyadolid – Espanyol
19:15. Barselona – Valensiya
21:30. Rayo Valyekano – Atletik
00:00. Betis – Real

6 mart

00:00. Osasuna – Selta