La Liqa: “Real” “Vilyarreal”a evində uduzdu

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 28-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Real Sosyedad” doğma meydanda “Xetafe”yə, “Osasuna” isə “Elçe”yə qalib gəlib. “Espanyol” “Atletik”lə ev oyunundan məğlubiyyətlə ayrılıb.

Günün ən maraqlı görüşü Madriddə “Real”la “Vilyarreal” arasında baş tutub. Beş qolun qeydə alındığı bu komandaların duelində meydan sahibləri gözlənilməz məğlubiyyətə üzülüblər.

28-ci turun qalan oyunları qarşıdakı iki gündə keçiriləcək.

İspaniya La Liqası
28-ci tur
7 aprel

Sevilya – Selta 2:2
Qol: En Nesiri, 43. Akunya, 81 – M.Rodriqes, 89. Pasiensiya, 90+3.

8 aprel

Osasuna – Elçe 2:1
Qol: Ezzalzuli, 71; 84 – Morente, 44.

Espanyol – Atletik 1:2
Qol: Darder, 90 – İ.Uilyams, 22. N.Uilyams, 75.

Real Sosyedad – Xetafe 2:0
Qol: Oyarzabal, 45+2. Kubo, 60.

Real – Vilyarreal 2:3
Qol: Torres, 16-öz qapısına. Vinisius, 48 – Çukvueze, 39; 80. Morales, 70.

9 aprel

16:00. Valyadolid – Malyorka
18:15. Betis – Kadis
20:30. Almeriya – Valensiya
23:00. Rayo Valyekano – Atletiko

10 aprel

23:00. Barselona – Jirona

Xəbəri sosial şəbəkələrdə paylaş: