La Liqa: “Real” “Xetafe” üzərində qələbə üçün 1 qol bəs etdi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 34-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Real Sosyedad” – “Jirona” matçında qalib müəyyənləşməyib. “Osasuna” “Almeriya”nı, “Vilyarreal” “Atletik”i məğlub yola salıb. “Real” da “Xetafe” ilə ev oyunundan qalib ayrılıb.

34-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
34-cü tur
12 may

Malyorka – Kadis 1:0
Qol: Maffeo, 16.

13 may

Real Sosyedad – Jirona 2:2
Qol: Oyarzabal, 5-pen. D.Silva, 24 – Kouto, 37. Stuani, 45+3.

Osasuna – Almeriya 3:1
Qol: Budimir, 46. Ezzalzuli, 51. M.Qomes, 81 – Lazaro, 90+2.

Vilyarreal – Atletik 5:1
Qol: Baena, 24; 90. N.Cekson, 37; 50. A.Paredes, 61-öz qapısına – Sanset, 45+3.

Real – Xetafe 1:0
Qol: M.Asensio, 70.

14 may

16:00. Selta – Valensiya
18:15. Elçe – Atletiko
20:30. Valyadolid – Sevilya
23:00. Espanyol – Barselona

15 may

23:00. Betis – Rayo Valyekano