La Liqa: “Real”dan “Sevilya” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 37-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.

“Sevilya” doğma meydanda “Real”la qarşılaşıb. Bir neçə gün sonra Avropa Liqasının finalında İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq “Sevilya” Madrid təmsilçisi ilə görüşdə hesabı açan tərəf olub. Amma sonrakı dəqiqələrdə Rodriqonun dublu qonaq komandaya əzmkar qələbə qazandırıb.

37-ci turun qalan bütün qarşılaşmaları mayın 28-də keçiriləcək.

İspaniya, La Liqa
37-ci tur
27 may

Sevilya – Real 1:2
Qol: Mir, 3 – Rodriqo, 29; 69.

28 may

21:00. Almeriya – Valyadolid
21:00. Atletik – Elçe
21:00. Atletiko – Real Sosyedad
21:00. Barselona – Malyorka
21:00. Kadis – Selta
21:00. Xetafe – Osasuna
21:00. Jirona – Betis
21:00. Rayo Valyekano – Vilyarreal
21:00. Valensiya – Espanyol