Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu “Valensiya” ilə “Real” arasında baş tutub.
Üç qolun qeydə alındığı bu dramatik oyunda hesabı meydan sahibləri açıblar. Amma Madrid təmsilçisi matçın sonlarında vurduğu iki qol sayəsində səfərdən əzmkar qələbə ilə qayıdıb.
Bu nəticədən sonra “Real” 43 xalla liderliyə yüksəlib. 18 oyuna 41 xal toplamış Madridin digər təmsilçisi “Atletiko” potensial lider kimi ikinci sırada qərarlaşıb. “Barselona” 38 xalla üçüncüdür. Cəmi 12 xalı olan “Valensiya” isə 19-cudur.
İspaniya, La Liqa
12-ci turun oyunu
3 yanvar
Valensiya – Real 1:2
Qollar: Duro, 27 – Modriç, 85. Bellingem, 90+6.