La Liqa: “Sevilya” “Atletik”ə son dəqiqə qolu ilə qalib gəldi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 31-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Valensiya” doğma meydanda “Valyadolid” üzərində əzmkar qələbəyə sevinib. Altı qolun qeydə alındığı “Vilyarreal” – “Espanyol” matçında da meydan sahibləri qələbə qazanıblar.

“Atletik” isə doğma meydanda “Sevilya”ya son dəqiqələrdə buraxdığı penalti qolu ilə uduzub.

Beləliklə, 31 turdan sonra 76 xala malik “Barselona” vahid liderdir. “Real” 65 xalla ikinci, “Atletiko” 63 xalla üçüncü pillədə qərarlaşıb.

“Real Sosyedad” 55, “Vilyarreal” 50, “Betis” 49, “Atletik” 46, “Osasuna” 44, “Rayo Valyekano” 43, “Jirona” və “Sevilya” 41, “Malyorka” 40 xal toplayıb. “Selta”nın 39, “Valyadolid”in 35, “Almeriya” və “Valensiya”nın 33, “Kadis”in 32, “Xetafe”nin 31, “Espanyol”un 28, “Elçe”nin isə 13 xalı var.

İspaniya La Liqası
31-ci tur
25 aprel

Kadis – Osasuna 0:1
Qol: R.Qarsiya, 62.

Jirona – Real 4:2
Qol: Kastelyanos, 12; 24; 46; 62 – V.Junior, 34. Lukas, 85.

Betis – Real Sosyedad 0:0

26 aprel

Atletiko – Malyorka 3:1
Qol: De Paul, 45+2. Morata, 47. Karrasko, 77 – Nastasiç, 20.

Xetafe – Almeriya 1:2
Qol: Mayoral, 71 – L.Suares, 7; 58.

Selta – Elçe 1:0
Qol: Aydo, 90.

Rayo Valyekano – Barselona 2:1
Qol: A.Qarsiya, 19. F.Qarsiya, 53 – Levandovski, 83.

27 aprel

Valensiya – Valyadolid 2:1
Qol: Diakabi, 50. Querra, 90+3 – Larin, 6.

Vilyarreal – Espanyol 4:2
Qol: Kapue, 53; 90+2. Parexo, 63. Cekson, 80 – Puado, 45. Xoselu, 73.

Atletik – Sevilya 0:1
Qol: Okampos, 90+1-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: