La Liqa: “Sevilya” “Selta” üzərində qələbəni əldən verdi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2022/2023 mövsümünün 28-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Sevilya” doğma meydanda “Selta” ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri qələbəni əldən veriblər.

28-ci turun qalan oyunları qarşıdakı üç gündə keçiriləcək.

İspaniya La Liqası
28-ci tur
7 aprel

Sevilya – Selta 2:2
Qol: En Nesiri, 43. Akunya, 81 – M.Rodriqes, 89. Pasiensiya, 90+3.

8 aprel

16:00. Osasuna – Elçe
18:15. Espanyol – Atletik
20:30. Real Sosyedad – Xetafe
23:00. Real – Vilyarreal

9 aprel

16:00. Valyadolid – Malyorka
18:15. Betis – Kadis
20:30. Almeriya – Valensiya
23:00. Rayo Valyekano – Atletiko

10 aprel

23:00. Barselona – Jirona

Xəbəri sosial şəbəkələrdə paylaş: