La Liqa: “Valensiya” “Almeriya” ilə bacarmadı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 18-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Valensiya” və “Almeriya” komandaları üz-üzə gəliblər. Tərəflər hərəyə 2 dəfə fərqləndikləri bu oyundan 1 xalla ayrılıblar.

Hazırda 44 xala malik “Barselona” vahid liderdir. “Real” 41 xalla ikinci, “Real Sosyedad” 38 xalla üçüncüdür. “Atletiko” və “Vilyarrral” 31, “Betis”lə “Osasuna” 28, “Atletik”lə “Rayo Valyekano” 26 xal toplayıblar.

İspaniya La Liqası
18-ci tur
20 yanvar

Malyorka – Selta 1:0
Qol: D.Rodriqes, 59.

21 yanvar

Rayo Valyekano – Real Sosyedad 0:2
Qol: Sorlot, 15. Barreneçea, 36.

Espanyol – Betis 1:0
Qol: Breytveyt, 43.

Atletiko – Valyadolid 3:0
Qol: Morara, 18; 23. Hermoso, 28.

Sevilya – Kadis 1:0
Qol: Rakitiç, 89-pen.

22 yanvar

Vilyarreal – Jirona 1:0
Qol: Parexo, 90+11-pen.

Elçe – Osasuna 1:1
Qol: Karmona, 67 – Avila, 20.

Barselona – Xetafe 1:0
Qol: Pedri, 35.

Atletik – Real 0:2
Qol: Benzema, 24. Kroos, 90.

23 yanvar

Valensiya – Almeriya 2:2
Qol: Kluyvert, 48. Qaya, 65 – Çumi, 54. Portilyo, 74.