La Liqa: “Valensiya” Xetafe səfərindən də əliboş qayıtdı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 22-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Xetafe” doğma meydanda “Valensiya” ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri matçın sonlarında vurduqları yeganə qol sayəsində 3 xala sahib çıxıblar. Bu, “Valensiya”nın ardıcıl beşinci məğlubiyyətidir.

Hazırda 59 xala malik “Barselona” vahid liderdir. Madrid “Real”ı 51 xalla ikinci, “Real Sosyedad” isə 43 xalla üçüncü pillədə qərarlaşıb. Madrid “Atletiko”su 41, “Betis” 37, “Rayo Valyekano” 34 xal toplayıb. Bilbao “Atletik”inin 32, “Malyorka” və “Vilyarreal”ın da 31 xalı var. “Xetafe” qələbə sayəsində 22 xalla 16-cı pilləyə yüksəlibsə, uğursuz mövsüm keçirən “Valensiya” 20 xalla 19-cu pillədə qərarlaşıb.

İspaniya La Liqası
22-ci tur
17 fevral

Jirona – Almeriya 6:2
Qol: Kastelyanos, 8. Çıqankov, 34. Rikelme, 36. X.Hernandes, 43. Martin, 77. Stuani, 79 – Ramazani, 66. Ture, 81.

18 fevral

Real Sosyedad – Selta 1:1
Qol: Oyarzabal, 5 – Normand, 90+3-öz qapısına.

Betis – Valyadolid 2:1
Qol: Xuanmi, 2. Kanales, 45+4 – Larin, 30.

Malyorka – Vilyarreal 4:2
Qol: Kadevere, 20. D.Rodriqes, 45; 56. Muriqi, 63 – Morales, 43. Çukvueze, 50.

Osasuna – Real 0:2
Qol: Valverde, 78. Asensio, 90+2.

19 fevral

Elçe – Espanyol 0:1
Qol: Darder, 90+2.

Rayo Valyekano – Sevilya 1:1
Qol: Lejen, 65 – Suso, 29.

Atletiko – Atletik 1:0
Qol: Qrizmann, 73.

Barselona – Kadis 2:0
Qol: S.Roberto, 43. Levandovski, 45+1.

20 fevral

Xetafe – Valensiya 1:0
Qol: Mayoral, 82.

Xəbəri sosial şəbəkələrdə paylaş: