La Liqa: “Valyadolid” “Almeriya”nı məğlub yola saldı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 4-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Valyadolid” doğma meydanda “Almeriya” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri yalnız əlavə vaxtda vurduqları yeganə qol sayəsində 3 xala seviniblər.

Beləliklə, 4 turdan sonra maksimim nəticə göstərən yeganə komanda – Madrid “Real”ı zirvədə qərarlaşıb. “Barselona” və “Vilyarreal”ın 10 xalı var. 7 xalı olan Madrid “Atletiko”su 7-ci, cəmi 1 xalı olan “Sevilya” isə 17-cidir.

İspaniya La Liqası
4-cü tur
2 sentyabr

Selta – Kadis 3:0
Qol: Yaqo Aspas, 56, 75. Oskar Rodriqes, 62.

3 sentyabr

Malyorka – Jirona 1:1
Qol: Railyo, 87 – Sais, 90+2-pen.

Real – Betis 2:1
Qol: V.Junior, 9, Rodriqo, 65 – Kanales, 17.

Real Sosyedad – Atletiko 1:1
Qol: Sadik, 55 – Morata, 5.

Sevilya – Barselona 0:3
Qol: Rafinya, 21. Levandovski, 36. Erik Qarsiya, 50.

4 sentyabr

Osasuna – Rayo Valyekano 2:1
Qol: Oroz, 54. R.Qarsiya, 90 – Leyeune, 75.

Atletik – Espanyol 0:1
Qol: Breytueyt, 83.

Vilyarreal – Elçe 4:0
Qol: Moreno, 26. Lo Çelso, 36. Koklen, 89. Morales, 90+4.

Valensiya – Xetafe 5:1
Qol: Lato, 7. Lino, 14. Kastilyexo, 16. Niko, 65. Duro, 68 – Sosa, 78.

5 sentyabr

Valyadolid – Almeriya 1:0
Qol: Veysman, 90+3.