La Liqa: “Vilyarreal”dan “Valensiya” üzərində inamlı qələbə

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 33-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Betis” doğma meydanda “Elçe”yə minimal hesabla məğlub olub. “Malyorka” evdə “Alaves”i, “Villarreal” isə “Valensiya”nı üstələyib.

Son turda “Sevilya” üzərində əzmkar qələbə qazanan (3:2) lider “Real” bu dəfə səfərdə “Osasuna” ilə qarşılaşacaq.

“Real”ın yaxın izləyicilərindən olan “Barselona”nı çətin oyun gözləyir. Xavinin komandası səfərdə “Real Sosyedad”la üz-üzə gələcək.

İspaniya La Liqası
33-cü tur

19 aprel

Malyorka – Alaves 2:1
Qol: Prats, 11. Muriqi, 45+4 – Raillo, 73-öz qapısına.

Betis – Elçe 0:1
Qol: Morente, 82.

Villarreal – Valensiya 2:0
Qol: Danjuma, 10-pen; 17.

20 aprel

21:00. Atletiko – Qranada
22:00. Selta – Xetafe
23:30. Osasuna – Real

21 aprel

21:00. Levante – Sevilya
21:00. Espanyol – Rayo Valyekano
22:00. Kadis – Atletik
23:30. Real Sosyedad – Barselona