La Liqada sonuncu vəsiqə “Rayo Valyekano”ya qismət oldu

2021/22 mövsümündə İspaniya La Liqasında mübarizə aparacaq sonuncu – üçüncü klubun da adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, Sequndanın pley-off mərhələsinin qalibi “Rayo Valyekano” olub.

“Rayo Valyekano” ilk oyunda “Jirona”ya 1:2 hesabıyla uduzsa da, cavab matçında rəqibini 2:0 hesabıyla məğlub edərək, La Liqaya vəsiqə qazanıb.

Bundan əvvəl “Malyorka” və “Espanyol” elitaya vəsiqə qazanmışdı. Onlar 2020/21 mövsümünün yekununa əsasən La Liqa ilə vidalaşan “Hueska”, “Valyadolid” və “Eybar”ı əvəz edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: