La Liqanın hakim səhvlərindən xali turnir cədvəlini açıqlandı

İspaniya mətbuatında La Liqanın oyunlarında hakim səhvləri olmadan oyunların nəticələri əsasında tərtib edilmiş turnir cədvəli açıqlanıb.

Arena.az məlumat verir ki, müvafiq cədvəli ispan jurnalist Xuanfe Sans tərtib edərək dərc edib və ilk beşliyi təqdim edib.

Xuanfe Sansın təqdimatında İspaniya La Liqasında hakim səhvlərinin təsiri olmadan çempionluq yarışı belə mənzərə yaradıb:

  1. “Real” – 58 xal;
  2. “Jirona” – 56 xal;
  3. “Atletiko” (Madrid) – 45 xal;
  4. “Barselona” – 44 xal;
  5. “Atletik” (Bilbao) – 42 xal.

La Liqanın gerçək turnir cədvəlində 23 turun nəticələrinə əsasən, “Real” 58 xalla 1-ci, “Jirona” 56 xalla 2-ci, “Barselona” 50 xalla 3-cü, “Atletiko” 48 xalla 4-cü, “Atletik” isə 45 xalla 5-ci pillədə yer alıb.

Vurğulayaq ki, son vaxtlar “Real”ın hakimlərə təzyiq etməsi və ədalət təmsilçilərinin “qymaqlılar”ın oyunlarında “kral klubu”na guya tərəfkeşlik etməsi ilə bağlı, İspaniya nəhənginin ünvanına tənqidlər, hətta ittihamlar səslənir. Müvafiq çirkab axını mənbəyini Kataloniya nəhəngi “Barselona”nın dşüərgəsindən götürür. “Blauqrana”nın prezidenti Joan Laporta mütəmadi olaraq bu xüsusda mətbuatda qışqır-bağır salması ilə diqqət çəkir. Buna rəğmən, “Barselona”nın özü İspaniya Kral Futbol Fedrasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Neqreyraya rüşvət verməkdə ittiham edilir. “Barselona” qiyabi olaraq uzun illər hakimləri ələ almaqda təqsirləndirilir və bu iş məhkəmədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: