İspaniya La Liqasının prezidenti Xavyer Tebas vaxtından əvvəl yenidən seçilmək üçün noyabrın 22-də istefa verib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir:
“Mən klublardan dəstək və etimadı tələb edəcəyəm ki, bizim qarşımızda duran problemləri həll etsinlər”, deyə Tebas bildirib.
Tebasın La Liqanın prezidenti kimi səlahiyyət müddəti cari ilin dekabrın 23-dək olub. Amma Tebas yeni müddət üçün seçki prosesinə başlamaq üçün bu gün istefa ərizəsini təqdim edib. Bu qərar sayəsində seçkilər və bütün prosedur daha erkən vaxta təxirə salınır. Hər şey seçkilərin bu il keçiriləcəyindən xəbər verir.
La Patronaledə seçki komissiyası yaradılacaq, proses başa çatana qədər vitse-prezidentlər Migel Anxel Xil Marin və Kikoo Katalan prosesin yekunlaşmasına rəhbərlik edəcəklər.
Bu vəzifəyə heç bir namizəd açıqlanmayıb. Xavyer Tebas yenidən seçilərsə, bu, onun 2013-cü ilin aprelindən bəri rəhbərlik etdiyi La Liqada dördüncü müddəti olacaq.


