Lamin Yamal – “beşqat ən gənc” rekordçu

“Barselona”nın və İspaniya yığmasının gənc mərakeşəsilli sağ cinah vingeri Lamin Yamal bir neçə rekorda nail olmaqla diqqət mərkəzinə düşüb.

Arena.az az xəbər verir gənc istedad AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Gürcüstan yığmasına qarşı səfər oyununun (7:1) 44-cü dəqiqəsində Dani Olmonu əvəzləyərək İspaniya yığmasının heyətində debüt edib və qol vurub.

Beləliklə Yamal bir oyunda beşqat rekord müəllifi olub:

İspaniya yığmasında debüt etmiş ən gənc futbolçu

Yamal bu oyunda cəmi 16 yaş 57 günlüyündə meydana çıxıb və bu göstəricidə keçmiş rekordçu Qavini geridə qoyub. Qavi 6 oktyabr 2021-ci ildə UEFA Millətlər Liqası çərçivəsində Fransa yığmasına qarşı oyunda (1:2) 17 yaş 62 günlüyündə debüt etmişdi.

İspaniya yığmasında qol vurmuş ən gənc futbolçu

Yamal Qavinin bu rekordunu da yeniləyib. Qavi 2022-ci il iyunun 5-də 17 yaş 304 günlüyündə Çexiya yığmasına qarşı oyunda (2:2) qol vurmuşdu.

Avropa tarixində ikinci ən gənc oyunçu

Avropa Çempionatının bütün tarixi ərzində (təsnifat oyunları da daxil olmaqla) yalnız bir oyunçu Yamaldan daha gənc yaşda çıxış edib: norveçli Martin Edeqor 2014-cü il oktyabrın 13-də Bolqarıstan yığmasına qarşı oyunda (2:1) debüt etmişdi. Həmçinin Yamal Avropa çempionatlarında 17 yaşınadək iştirak etmiş 5-ci futbolçu olub.

AÇ tarixinin ən gənc qolçusu

Yamal bu rekordun sahibi uelsli Qaret Beyli üstələyib. Beyl 7 oktyabr 2006-cı ildə 17 yaş 83 günlüyündə Slovakiyaya yığmasına qarşı oyunda (1:5) qol vurmuşdu. Beləliklə, Yamal Avropa çempionatlarında 17 yaşınadək iştirak edib qol vurmuş futbolçular arasında 1-ci olub.

Avropada beynəlxalq turnirlərin ən gənc qolçusu

Yamal Avropa futbol tarixində beynəlxalq klub və yığma turnirlərində qol vurmuş ən gənc futbolçu olub.

İki futbolçu daha gənc yaşda yığma komandalarında qol vursalar da, bunu yoldaşlıq görüşlərində ediblər: 1882-ci ildə irland Sem Conston 15 yaş 160 günlüyündə və macar Yojef Horvat 1906-cı ildə 16 yaş 12 günlüyündə.

Lamin Yamal “Barselona”nın yetirməsidir və 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Ümumilikdə Yamal “Barselona”nın heyətində 5 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Yamalın “Barselona” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 16 yaşlı Yamalı 25 milyon avro məbləğində qiymətləndirir.