“Barselona”nın ispaniyalı yeniyetmə vingeri Lamin Yamal sevimli ev heyvanı kimi oktopod almaq istədiyini bildirib.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir:
“Mən özümə bir oktopod almaq istəyirəm. Artıq akvarium haqqında da düşünmüşəm, amma anam bunun mümkün olmadığını deyir. 13 yaşım olanda 18 yaşıma qədər gözləməli olduğumu söyləmişdi, indi isə 21 yaşım olduğunu deyir.
Bu, əcaib bir heyvandır. Əgər dostlarımın yanına gəlsəm, oktopod görməyəcəyəm. Amma onlar yanıma gəlsələr, görərlər”, deyə Yamal sevinclə bildirib.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 4 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 55 oyun, 8 qol və 13 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 16 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.


