“Lans” “Reyms”i məğlub yola saldı

Futbol üzrə Fransa çempionatında 9-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Lans” doğma meydanda “Reyms”i qəbul edib. Meydan sahibləri bu oyundan innamlı qələbəylə ayrılıblar.

Fransa Liqa 1
9-cu tur
1 oktyabr

Lans – Reyms 2:0
Qol: Kalmuendo, 45+1; 52.

2 oktyabr

19:00. Monpelye – Strasburq
23:00. Nitsa – Brest

3 oktyabr

15:00. Renn – PSJ
17:00. Anje – Mets
17:00. Loryan – Klermon
17:00. Monako – Bordo
17:00. Nant – Trua
19:00. Lill – Olimpik (Marsel)
23:00. Sent-Etyen – Olimpik (Lion)