“Lapi”dən Araz Abdullayevsiz səfər qələbəsi

Azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi Kosovonun “Lapi” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Kosovo Super Liqasının 18-ci turu çərçivəsində “Liriya” ilə qarşılaşıb.

Futbolçumuzun komandası səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. “Lapi” hər hissədə bir qol vurmaqla inamlı qələbə qazanıb.

Araz bu görüşün iştirakçısı olmayıb. Zədədən əziyyət çəkən azərbaycanlı futbolçunun adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

“Lapi” bu nəticədən sonra 34 xalla 10 iştirakçı arasında ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Araz Abdullayev “Lapi” ilə bu ilin yayında 1 illik müqavilə imzalayıb. O, bu komandada indiyə qədər 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Abdullayev Azərbaycan millisində 44 oyuna çıxıb və 3 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: