Laporta “Barselona”ya necə bir məşqçi gərək olduğunu açıqladı

“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın yeni baş məşqçisinin necə bir peşəkar olmalı olduğu haqda söhbət açıb.

Arena.az “Barça Universal” dərgisinə istinadən, Laportanın bu barədə fikirlərini təqdim edir:

“Əgər Xavi gedərsə, məşqçi vəzifəsində hansı simanı görmək istərdik? Biz burada bu barədə çox aydın danışırıq. Yeni məşqçiyə bizim struktura uyğunlaşmaq gərək olacaq. “Barselona” məhz belə işləməlidir. Ola bilməz ki, hər dəfə məşqçi gələndə struktur dəyişsin. “Barselona” məşqçilərdən, oyunçulardan, prezidentlərdən və direktorlardan üstündür. Yeni məşqçinin öz şəxsi futbol fikirləri olmalıdır ki, bu da bizim futbol fikrimizə uyğun olmalıdır. Fikrimizcə, rəqabət və qalib gəlmək üçün ən yaxşı yol olan, “Barselona”nın əsli oyun tərzinə müvafiq uyğunlaşmalıdır”, deyə Laporta vurğulayıb.

Xatırladaq ki, “Barselona”nın hazırkı baş məşqçisi, ispaniyalı mütəxəssis Xavi Ernandes cari mövsümün bitməsilə “blauqrana”dan ayrlacağını açıqlayıb.

Hazırda Xavinin “Barselona”sı La Liqanın yarış cədvəlində 29 oyundan 64 xalla 2-ci pillədə qərarlaşıb. La Liqaya 72 xalla “Real” başçılıq edir.