“Barselona”nın prezidenti özünün və Kataloniya klubunun ittiham edildiyi “Neqreyra işi” ilə bağlı danışaraq, madridliləri ittiham edib:
Arena.az İspaniyanın “Sport” dərgisinə istinadən Laportanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Hakimiyyət mərkəzlərində sosioloji madridizm var. Mən onunla döyüşdüm və qalib gəldim. Mən “Barselona”nın maraqlarını müdafiə edirəm. Biz bu mübarizəyə öyrəşmişik. Madridizmin mətbuatda və idman aləmində işıqlandırılmasına alışmışıq. “Neqreyra işi”nə gəlincə, bunun məhkəməyə çıxıb-çıxmamamasına baxacağıq. Mən hüquqşünasam və sakitəm, çünki bu işin uğur qazanma imkanı yoxdur. Bizim çox yaxşı vəkillər komandamız var. Madrid “Neqreyra işi”ndən “Barsa”nın adına və onun tarixinə ləkə gətirmək və bizim sabitliyimizi pozmaq üçün istifadə etdi”, deyə Laporta bildirib.
Xatırladaq ki, dünən “Barselona”nın prezidenti Joan Laporta “Neqreyra işi” üzrə müttəhim statusu alacağı məlum olub. Bu isə çox ciddi ittihamdır.