“Barselona”nın prezidenti Joan Laporta “blauqrana” futbolçularına fransız restoranlarından birində hamburgerlər sifariş edərək qonaq edib.
Arena.az məlumat verir ki, Laporta bu səxavətini “Barselona”nın Çempionlar Liqasının 1/4 finalının ilk oyununda səfərdə PSJ üzərində qazandığı qələbə (3:2) adına göstərib.
Oyundan sonra klub prezidenti hər bir futbolçunu şəxsən təbrik etsə də, həmişəki duyğularını nümayiş etdirməyib.
Komandalar arasında cavab oyunu aprelin 17-də Barselonada baş tutacaq.